Çexiya və YUNESKO-nun maliyyələşdirdiyi Təqaüd Proqramı çərçivəsində bakalavr və magistr dərəcələri üzrə təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılıb

Bakı. İlhamə İsabalayeva –APA. Çexiya və YUNESKO tərəfindən maliyyələşdirilən Təqaüd Proqramı çərçivəsində 2009-2010-cu tədris illəri üçün bakalavr və magistr dərəcələri üzrə iki təqaüd proqramı elan edilib. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, proqramın məqsədi inkişaf etməkdə olan ölkələrdə insan resursları və xalqlar arasında dostluğu inkişaf etdirməkdir. Bu proqram Çexiyanın müxtəlif universitetlərində 3-6 il müddətində təhsil almaq arzusunda olan tələbələr üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədlərini dekabrın 31-ə qədər YUNESKO Təqaüd Proqramı Bölməsinə ([email protected] internet ünvanına) göndərməlidirlər.
Sosial

Umayra Tağıyeva: "Bu ilin iyun ayında son 20 ilin rekord daşqınları müşahidə olunub"

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
