Beynəlxalq təşkilatlar Azərbaycanda malyariyanın tam ləğvi üçün 5 illik layihənin icrasına başlayıblar

Beynəlxalq təşkilatlar Azərbaycanda malyariyanın tam ləğvi üçün 5 illik layihənin icrasına başlayıblar
# 04 dekabr 2008 09:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi, AİDS, Vərəm və Malyariya üzrə Qlobal Fondun maliyyə vəsaiti hesabına Azərbaycanda malyariyanın tam ləğvi məqsədilə yeni beş illik layihənin icrasına başlanılıb. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanda malyariyanın tam ləğvi üçün müalicə sistemi təkmilləşdiriləcək, xəstəliyə nəzarət sistemi və laboratoriyaların maddi-texniki bazası gücləndiriləcək, mobil briqadalar yaradılacaq, treninqlər keçiriləcək, əhali arasında təbliğat işləri aparılacaq. Layihə iki mərhələdə həyata keçiriləcək. İlkin mərhələ iki ili, sonrakı faza isə üç ili əhatə edəcək. Layihənin maliyyələşdirilməsi üçün təxminən 7 milyon dollar tələb olunur. Layihə çərçivəsində əsas işlər malyariya mövsümündə, yəni iyundan noyabra qədər olan müddətdə həyata keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR