Azərbaycanın şimal-qərb rayonlarına elektrik enerjisi verilməsində fasilə yaranıb

Zaqatala. Vüqar Heydərov-APA. Azərbaycanın şimal-qərb rayonlarına elektrik enerjisi verilməsində fasilə yaranıb. APA-nın Şəki-Zaqatala bürosunun xəbərinə görə, bu gün saat 10.00-dan başlayaraq Balakən, Zaqatala, Qax rayonlarına verilən elektrik enerjisi kəsilib. Zaqatala rayon Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın yerli bürosuna bildirilib ki, enerji verilişində fasilə yaranması Şəki ərazisindən keçən yüksək gərginli elektrik xətlərində təmir işlərinin aparılması ilə bağlıdır. Bildirilib ki, rayonlara elektrik enerjisinin verilməsi saat 17.00-da bərpa olunacaq.
Sosial

FHN Şəkidə taxıl sahəsində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirib - FOTO

DYP Silahlı Qüvvələr Günü ilə bağlı vətəndaşlara müraciət edib

FHN “Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirib - VİDEO
