Gələn həftə Kiyevdə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələri Dövlətlərarası Şurasının iclası keçiriləcək

Gələn həftə Kiyevdə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələri Dövlətlərarası Şurasının iclası keçiriləcək
# 04 dekabr 2008 10:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 10-12-də Kiyevdə (Ukrayna) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB ölkələri Dövlətlərarası Şurasının 34-cü iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirakı planlaşdırılır.
İclasda MDB məkanında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya sahələrində müvafiq qanunvericiliklərin təkmilləşdirilməsi, 33-cü iclasın qərarlarının icrası və s. məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Dövlətlərarası Şuranın 33-cü iclası bu ilin iyun ayında Bakıda keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR