Bu il Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 56 nəfər ölüb

Bu il Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 56 nəfər ölüb
# 04 dekabr 2008 11:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda baş vermiş 237 bədbəxt hadisənin tədqiqatını aparıb. Dövlət Əmək Müfəttişliyinin (DƏM) rəisi Nəbi Şükürlü APA-ya bildirib ki, bu hadisələrin 230-u istehsalat xarakterli olub. Ümumilikdə bu hadisələr nəticəsində 56 nəfər ölüb, 174 nəfər xəsarət alıb. Ölüm hallarının 21-i, xəsarət hallarının isə 39-u tikinti sektorunun payına düşüb.

Hadisələrin 13-ü qrup halında olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR