YAP təşkilatçılığı ilə azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib

YAP təşkilatçılığı ilə azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib
# 04 dekabr 2008 11:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə 1988-ci ildə qərbi azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə YAP-ın icraçı katibi Əli Əhmədov bildirib ki, azərbaycanlıların deportasiyasının tarixi təkcə 1988-ci illə bağlı deyil. Ə. Əhmədov azərbaycanlıların Ermənistandan deportasiyasının XX əsr boyu davam etdiyini xatırladaraq Ermənistanın cəmiyyətdə etnik təmizləmə siyasətini həyata keçirdiyini, etnik qruplara qarşı dözümsüz yanaşdığını diqqətə çatdırıb. YAP rəsmisi indiyə kimi azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından qovulmasına beynəlxalq qurumlar tərəfindən heç bir etiraz edilmədiyini deyib.
Tədbirdə çıxış edən professor Həsən Mirzəyev, akademik Budaq Budaqov, millət vəkilləri Nizami Cəfərov, Əli Hüseynov və digərləri Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətini pisləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR