Dövlət Əmək Müfəttişliyi bu il 2 mindən çox müəssisədə yoxlama aparıb

Dövlət Əmək Müfəttişliyi bu il 2 mindən çox müəssisədə yoxlama aparıb
# 04 dekabr 2008 11:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi (DƏM) bu ilin yanvar-oktyabr ayları ərzində 2014 dövlət və qeyri-dövlət müəssisəsində dövlət nəzarəti həyata keçirib. DƏM rəisi Nəbi Şükürlü APA-ya bildirib ki, hesabat dövründə 1877 ərizə və 1112 məktub araşdırılıb. Həmin müddətdə işçilərlə 19 684 əmək müqaviləsinin bağlanılması təmin edilib, vətəndaşlara 612 123 manat gecikdirilmiş ödənc verilib.

Bu il aşkar olunmuş inzibati xətaya görə 564 533 manat cərimə tətbiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR