AMEA Geologiya İnstitutunun direktoru: “Bakı-Tiflis-Ceyhan kəmərinin bəzi yerlərində seysmik təhlükə mövcuddur”

AMEA Geologiya İnstitutunun direktoru: “Bakı-Tiflis-Ceyhan kəmərinin bəzi yerlərində seysmik təhlükə mövcuddur”
# 04 dekabr 2008 13:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun direktoru Akif Əlizadə keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, BTC-nin Azərbaycan ərazisindən keçən hissəsində aparılan seysmik monitorinq başa çatmaq üzrədir və hazırlanan hesabat dekabrın 20-dək təqdim olunacaq. A. Əlizadənin sözlərinə görə, kosmik geodeziyanın imkanlarından istifadə etməklə aparılan tədqiqat zamanı BTC-nin bəzi ərazilərində seysmik təhlükənin olması aşkarlanıb. Lakin institut direktoru həmin ərazilərin adlarını açıqlamayıb. O bildirib ki, bu barədə həm Azərbaycan hökumətinə, həm bp şirkətinə, həm də ARDNŞ-ə məlumat veriləcək. A. Əlizadə əlavə edib ki, əgər bp şirkəti aparılan monitorinqdən razı qalarsa, Geologiya İnstitutunun əməkdaşları kəmərin Gürcüstan və Türkiyədən keçən ərazisində də seysmik monitorinq aparacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR