AMEA-nın viste-prezidenti: “Təcili elm haqqında qanun qəbul olunmalıdır”

AMEA-nın viste-prezidenti: “Təcili elm haqqında qanun qəbul olunmalıdır”
# 04 dekabr 2008 13:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Hazırda Azərbaycan elmi hüququ olmayan formada fəaliyyət göstərir. Çünki nə elm, nə də təhsil haqqında qanunlar qəbul olunmayıb”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, “Elm haqqında” qanuna Milli Məclisin payız sessiyasında baxılmalı olsa da, qanunun müzakirəsi hələ baş tutmayıb: “Elm haqqında qanun təcili qəbul olunmalıdır. İstərdik ki, “Azərbaycan Respublikasında elmin inkişaf doktorinası” və “Elmi-texniki inkişafın kompleks proqnozu” proqram-sənədləri də qəbul olunsun”. A. Əlizadənin sözlərinə görə, hazırda Azərbaycanda elmi strategiyanı həyata keçirən qurum yoxdur: “Ona görə də ölkədə Elm və Texnologiyalar Nazirliyi, Azərbaycan Prezidenti yanında isə Elm, Texnologiya və Təhsil üzrə Şura” yaradılmalıdır. Hazırda gənc alimləri elmə cəlb etməkdə çətinlik çəkirik. Kadr çatışmazlığı problemi ildən-ilə daha gərgin vəziyyət alır. Hazırda Geologiya İnstitutunda elmlər doktorlarının orta yaşı 68-ə, namizədlərin orta yaşı isə 55-ə çatıb. Biz təklif edirik ki, AMEA-da magistratura, universitetlərin kafedralarında isə akademiya ilə birlikdə elmi laboratoriyalar yaradılsın”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR