Yaxın üç gün ərzində Azərbaycan ərazisində sabit hava şəraiti hökm sürəcək

Yaxın üç gün ərzində Azərbaycan ərazisində sabit hava şəraiti hökm sürəcək
# 05 dekabr 2008 08:58 (UTC +04:00)
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, dekabrın 6 və 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Dekabrın 6-da cənub, dekabrın 7-də cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 12-14 dərəcə isti olacaq.

Respublikanın rayonlarında dekabrın 6, 7 və 8-də hava əsasən, yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə şərq küləyi əsəcək. Dekabrın 7-8-də şərq küləyi cənub-qərb küləyinə keçəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Dekabrın 6-da havanın temperaturu gecə 2-7, gündüz 10-14, dekabrın 7-8-də gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR