Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib

Azərbaycanlıların Ermənistandan deportasiya olunmasının 20 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib
# 05 dekabr 2008 12:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Beynəlxalq Diaspora Mərkəzi (BDM) və Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycan nümayəndəliyi Ermənistandan azərbaycanlıların deportasiya olunmasının 20 illiyi ilə bağlı elmi-praktik konfrans keçirib. APA-nın məlumatına görə, BDM-nin və DAK Azərbaycan nümayəndəliyinin sədri İsmayıl Ağayev erməni vəhşiliyi nəticəsində öz doğma yurdlarından - Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar dünya birliyindən və beynəlxalq təşkilatlar tərəfindən dəstək almadıqlarını bildirib. DAK həmsədri Sabir Rüstəmxanlı türk dövlətlərini baş verənlərə lazımi qaydada reaksiya verməməkdə iganahlandırıb. S. Rüstəmxanlı 1988-ci ildəki ictimai-siyasi proseslər haqda da danışıb. Sabiq millət vəkili Cümşüd Nuriyev isə deyib ki, indiyə qədər minlərlə Azərbaycan türkü ermənilər tərəfindən qətlə yetirilib və ya işgəncəyə məruz qalıb. Tədbirdə çıxış edən Milli Məclisin deputatları Gülər Əhmədova, Musa Quliyev və Milli Dövlətçilik Partiyasının (MDP) sədri Nemət Pənahlı ermənilərin işğalçılıq siyasətindən danışıblar. Konfransda 1988-ci ildə baş verən deportasiya faktını özündə əks etdirən sənədli film də nümayiş etdirilib, dünya ictimaiyyətinə müraciət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR