Azərbaycan Dillər Universitetində İnformasiya Resurs Kompleksi açılıb

Azərbaycan Dillər Universitetində İnformasiya Resurs Kompleksi açılıb
# 05 dekabr 2008 15:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Azərbaycan Dillər Universitetində (ADU) İnformasiya Resurs Kompleksinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov bildirib ki, Azərbaycanda analoqu olmayan bu kompleksin məqsədi ölkənin ali təhsil müəssisələrinin Avropa ali təhsil sistemində inteqrasiyasına yardım etmək, kompleksin imkanları vasitəsilə Azərbaycan təhsil sisteminin inkişaf etdirməkdir. Kompleksin tərkibinə 120-dən artıq İnternet şəbəkəli kompüter, geniş çeşidli kitabxana, resurs, innovasiya, ayrı-ayrı ölkələr üzrə mərkəzlər daxildir. Kompleksdə “British Council”un 3 minə qədər məlumat kolleksiyası, Amerikaya dair 4 min nəşr, Amerikaşünaslığa dair 7500 adda və s. elektron bazalar var.
S. Seyidovun sözləri görə, Oksford, Kembric universitetlərindəki kimi mərkəz olan yeni kompleks kitab, elektron vəsaitlərlə təmin edilmə baxımından dünya mərkəzlərindən geri qalmır. Rektor bildirib ki, mərkəzin yaradılmasında xarici partnyorlar, xüsusilə ABŞ, Böyük Britaniya mühüm rol oynayıb. Mərkəz yalnız ADU-nun müəllim-tələbə heyətinə deyil, elmlə məşğul olmaq istəyən hər kəsə xidmət göstərəcək.
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə bildirib ki, Azərbaycan ilk elektron kitabxananın yaradılması layihəsi də ADU tərəfindən həyata keçirilib. Nazirin sözlərinə görə, bu gün informasiya texnologiyaları inkişafa təsir göstərən ən müasir üsullardan biridir.
“British Council”ın rəhbəri Nikol lə Os de Lalüvyenin isə bildirib ki, bu qurum uzunmüddətli inkişafa töhfə verməyi qarşısında məqsəd qoyub. O, deyib ki, belə mərkəzin açılması yalnız ingilis dilinin inkişafına dəstək vermir, həm də başqa ölkələrin mədəniyyətinə töhfə verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR