ARDNŞ prezidenti qanvermə kampaniyasında iştirak edib

ARDNŞ prezidenti qanvermə kampaniyasında iştirak edib
# 06 dekabr 2008 08:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsinin əməkdaşları talassemiya xəstəliyinə tutulmuş uşaqlara kömək məqsədi ilə qanvermə kampaniyası təşkil ediblər. ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, kampaniyada ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər rəhbər şəxsləri də iştirak edib. Bu tədbirin böyük ruh yüksəkliyi ilə həyata keçirilməsindən məmnun qaldığını bildirən R. Abdullayev belə xeyriyyə aksiyalarının bundan sonra da davam etdiriləcəyinə, ARDNŞ-ın digər idarə və müəssisə əməkdaşlarını da bu xoşməramlı kampaniyaya qoşulacaqlarına əmin olduğunu bildirib. Qeyd edək ki, bütün gün ərzində davam etmiş kampaniyada Təhlükəsizlik İdarəsinin 400-dən artıq əməkdaşı qan verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR