Azərbaycanda ünvanlı sosial yardım alanların siyahısı yerli sosial müdafiə mərkəzləri tərəfindən açıqlanacaq

Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ildən şəffaflığı təmin etmək məqsədi ilə ünvanlı dövlət sosial yardım alanların siyahısını ictimaiyyətə təqdim edəcək. Nazirliyin yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov APA-ya bildirib ki, bu siyahıların əhali ilə razılaşdırılmış şəkildə açıqlanması nəzərdə tutulur. Nazirlik gələn ilin fevral ayında yerli mərkəzlərdə əhalinin siyahıda adının göstərilib-göstərilməməsinə münasibətini öyrənmək məqsədi ilə qısa müddətli sorğu keçiriləcək. Mart-aprel aylarından isə artıq yardım alanların siyahısı mərkəzlərin divarlarında asılacaq.
Sosial

46 namizəd hakimlik üçün imtahan verib

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib

FHN yanında İctimai şurada obyektlərdə texniki təhlükəsizlik məsələləri müzakirə edilib
