160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib

160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib
# 06 dekabr 2008 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün Səbayel rayonundakı 160 saylı məktəbdə Ümumdünya İnsan Haqları Bəyannaməsinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Səbayel rayon İcra Hakimiyyətinin Azərbaycan Hüquqşünaslar Konfederasiyası ilə birgə keçirdiyi konfransa Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov, millət vəkili Fuad Muradov və Ombudsman Aparatının əməkdaşları qatılıblar. Millət vəkili Fuad Muradov bildirib ki, Bəyannamənin 60 illiyi münasibətilə Səbayel rayonunda silsilə tədbirlər keçirilir. Bu tədbirlərə Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi də dəstək verib. Millət vəkilinin sözlərinə görə, artıq rayonun bir neçə məktəbində belə tədbirlər keçirilib: “Biz istəyirik ki, uşaqlar insan haqları bəyannaməsini bilsinlər və gələcəkdə öz hüquqlarını bilən vətəndaşlar kimi yetişsinlər. Biz bu prosesə Səbayel rayonundan başladıq. İstərdik ki, digər rayonlar da bu aksiyalara qoşulsunlar”. Tədbirin sonunda məktəblilərin ifasında bəyannamənin müddəaları və insan haqlarına dair şerlər səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR