Bir qrup azərbaycanlı ziyalı Gürcüstanın Ombudsmanı ilə görüşüb

APA-nın yerli müxbirinin xəbərinə görə, "Qeyrət" xalq hərakatının üzvləri azərbaycanlıların qarşılaşdıqları bir çox problemləri diqqətə çatdırıblar.
Hərəkatın üzvü Zümrüd Qurbanov Ombudsmana bildirib ki, azərbaycanlılar yaşayan bölgələrdə onları ciddi narahat edən problemlər var. Onun sözlərinə görə, bu problemlər arasında xüsusilə bəzi məmurların, maliyyə polisinin hərəkətləri etiraz doğurur.
Hərəkatın sədri Əlibala Əsgərov isə təhsil və mədəniyyət sahəsindəki çatışmazlıqlardan danışıb, Azərbaycandilli məktəblərə gürcü direktorların təyinatından, həmçinin torpaq islahatları ilə bağlı yaradılan problemlərdən söz açıb.
Hərəkatın digər üzvü Ramiz Bəkirov isə dil və kadr probleminə toxunub, azərbaycanlı gənclərin işlə təmin olunmalarındakı maneələrdən danışıb.
İsafil Bayramov isə seçkilərdə azərbaycanlılara paylanan bülletenlərin qırğız, tatar dilində çap edildiyini söyləyib.
Gürcüstan Ombudsmanı bu probemlərin onun üçün təzə olmadığını deyib. O bildirib ki, problemləri Gürcüstan parlamenti qarşısında verəcəyi hesabatında qeyd edəcək.

Sosial

“Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin nəticələri elan edilib

FHN yanında İctimai şurada obyektlərdə texniki təhlükəsizlik məsələləri müzakirə edilib

Emin Əmrullayev: “Direktorların qəbulu ilə bağlı dəyişiklik nəzərdə tutulmur”