Beynəlxalq Əmək Təşkilatının 90 illik yubileyi ilə əlaqədar Bakıda geniş tərkibli görüş keçiriləcək

Beynəlxalq Əmək Təşkilatının 90 illik yubileyi ilə əlaqədar Bakıda geniş tərkibli görüş keçiriləcək
# 02 aprel 2009 11:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 28 aprel - Beynəlxalq Əməyin Mühafizə Günü ilə əlaqədar həmin tarixdə Bakıda beynəlxalq tədbir keçirəcək.
Nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, bu il həm də Beynəlxalq Əmək Təşkilatının (BƏT) yaradılmasının 90 ili tamam olur. Yubileylə əlaqədar BƏT-in Moskva subregional ofisinin rəhbərliyinin iştirakı ilə geniş tərkibli görüşün keçirilməsi də nəzərdə tutulur. Görüşdə BƏT-lə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
E.Sultanov Azərbaycanın 10 ildən artıq BƏT-in üzvü olduğunu da söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR