“İnsan alverinə qarşı mübarizədə cavab tədbirləri” mövzusunda seminar keçirilib

“İnsan alverinə qarşı mübarizədə cavab tədbirləri” mövzusunda seminar keçirilib
# 02 aprel 2009 12:03 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı - APA. Şirvanda “İnsan alverinə qarşı mübarizədə cavab tədbirləri” mövzusunda seminar keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Miqrasiya Təşkilatı, Daxili İşlər Nazirliyi və “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin birgə təşkil etdiyi seminarda qadın təşkilatları, hüquq-mühafizə orqanlarının əməkdaşları və QHT nümayəndələri iştirak edib. “Təmiz dünya”nın direktoru Mehriban Zeynalova layihənin koordinatoru kimi iştirakçılara təlim keçib. Seminarın işində Beynəlxalq Miqrasiya Təşkilatının layihə rəhbəri Mina Poudel də iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR