Almaniya universiteti ilə Bakının iki orta təhsil müəssisəsi arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

Bakı. Viktoriya Dementyeva – APA. Almaniyanın Höte Universiteti ilə Bakının Tusi adına gimnaziyası və 18 saylı orta məktəbi arasında tərəfdaşlıq haqqında saziş imzalanıb. APA-nın xəbərinə görə, əməkdaşlıq Almaniyanın “Məktəb gələcəyin tərəfdaşıdır” təşəbbüsü çərçivəsində reallaşıb. Bu təşəbbüsün həyata keçirilməsinə ötən il başlanıb. Məqsəd alman dilinin tədrisi üçün müxtəlif ölkələrin orta məktəblərini vahid internet şəbəkəsində birləşdirməkdir. Höte Universitetinin Qafqaz üzrə direktoru Verner Volle təşəbbüsün Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer tərəfindən irəli sürüldüyünü və nazirlik tərəfindən maliyyələşdirildiyini bildirib. İlkin dövrdə layihə 500-ə yaxın məktəbi əhatə edirdi, hazırda isə iştirakçıların sayı 1000-ə çatıb.
Sosial

İndiyədək dünyada meymunçiçəyinə 35 min yoluxma qeydə alınıb, 12 nəfər ölüb

Avqustun 29-dan bağçalara işə qəbul üzrə test imtahanı mərhələsi başlayır

Elmi-Tədqiqat Pediatriya İnstitutu beşəmlərlə bağlı açıqlama yayıb
