Kəlbəcərin işğalının 16-cı ildönümü ilə bağlı rayonun İcra Hakimiyyətində anım mərasimi keçirilib

Kəlbəcərin işğalının 16-cı ildönümü ilə bağlı rayonun İcra Hakimiyyətində anım mərasimi keçirilib
# 02 aprel 2009 14:18 (UTC +04:00)
Gəncə. Cəmşid Quliyev-APA. Bu gün Kəlbəcərin işğalının 16-cı ildönümü ilə bağlı rayon İcra Hakimiyyətinin Gəncə şəhərində yerləşən qərargahında anım mərasimi keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmovun da qatıldığı tədbirdə 500-dən çox kəlbəcərli ziyalı iştirak edib. İcra Hakimiyyətində başlanan rəsmi mərasim Kəlbəcər rayonunun işğaldan sonrakı şəhidlərinin dəfn edildiyi, Göygöl rayonu ərazisindəki Şəhidlər Xiyabanında davam etdirilib. Daha sonra Kəlbəcər rəhbərliyinin, ziyalıların, digər rayonlardan olan məcburi köçkünlərin iştirakı ilə ehsan verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR