Azərbaycanın şimal-qərb rayonlarına qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb rayonlarına qazın verilməsi dayandırılıb
# 03 aprel 2009 08:06 (UTC +04:00)
Qax-Balakən. Vüqar Heydərov. APA. Bu gün respublikanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından bölgənin Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilməsi dayandırılıb.
Zaqatala Qaz İstismarı İdarəsindən (Qİİ) APA-ya verilən məlumatda bölgəyə mavi yanacağın verilməsinin dayandırılmasına səbəb Xaldan-Balakən magistral qaz kəmərində sızmaların aşkar edilməsi göstərilir.
Bu gün səhər saatlarından Ağdaş Magistral Qaz Kəməri İdarəsinin əməkdaşları Xaldan-Balakən magistral qaz xəttində baş verən sızmaların aradan qaldırılması istiqamətində təmir işlərinə başlayıb. Günün sonuna kimi təmir işlərini başa çatdırılacağı və axşam saatlarında bölgəyə yenidən mavi yanacağın verilməsinin bərpa olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR