Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
# 03 aprel 2009 08:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il üçün elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb. APA-nın xəbərinə görə, şura sədri Azay Quliyev bu gün bununla bağlı mətbuat konfransı keçirib. A. Quliyev bildirib ki, bu il elan olunan müsabiqəyə 569 layihə təqdim olunub. Ötən il keçirilən ilk müsabiqəyə 361 layihə daxil olduğunu xatırladan şura sədri deyib ki, bu il təqdim olunan 569 layihə üçün QHT-lər qurumdan 9 milyon manat istəyiblər: “Ancaq QHT-lərin layihələri üçün nəzərdə tutulan büdcə 2 milyon 68 manat təşkil edir”.
A. Quliyev 14 prioritet istiqamət üzrə təqdim olunan 226 layihənin Şurada qalib elan olunduğunu, onlara maliyyə dəstəyi verildiyini, layihələrə ayrılan vəsaitin ümumi məbləğinin 1 milyon 848 min manat olduğunu açıqlayıb.
Onun sözlərinə görə, təqdim olunan layihələrdən 6-sı sənədlər qaydasında olmadığına görə ilkin seleksiyadan keçməyib. A. Quliyev onu da deyib ki, şuranın büdcəsində qalan vəsait sərbəst şəkildə ayrılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR