Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan malların təhlükəsizlik və keyfiyyət göstəriciləri yoxlanılacaq

Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan malların təhlükəsizlik və keyfiyyət göstəriciləri yoxlanılacaq
# 03 aprel 2009 10:30 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin sonuna qədər Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan malların təhlükəsizlik və keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu müəyyən etmək məqsədilə monitorinqlər keçiriləcək. Bu, Azərbaycan prezidentinin 2009-cu ilin «Uşaq ili» elan edilməsi ilə bağlı 2008-ci ilin dekabrın 22-də imzaladığı sərəncamına uyğun, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirlər planında nəzərdə tutulub.
«APA-Economics»in məlumatına görə, tədbirlər planına uyğun olaraq, cari ilin «Uşaq ili» elan edilməsi ilə bağlı internet saytının, uşaqlar haqqında məlumat bankının və «Azərbaycan uşaqları» adlı xüsusi portalın yaradılması da planlaşdırılır.
Qeyd edək ki, tədbirlər planı çərçivəsində müvafiq qurumlar tərəfindən il ərzində həmçinin «Azərbaycan ailəsi» adlı xüsusi tədqiqat proqramının həyata keçirilməsi və müasir ailə modelinə dair müvafiq tövsiyələrin hazırlanması, «Biz Azərbaycanın övladlarıyıq» devizi altında uşaq yaradıcılıq festivalının keçirilməsi, uşaqlar (o cümlədən, aztəminatlı ailələrdən, məcburi köçkün ailələrindən və digər xüsusi qayğıya ehtiyacı olanlar) üçün silsilə konsertlərin, muzeylərə ekskursiyaların və s. əyləncəli proqramların təşkili də planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR