Biləsuvar kəndlərində yeni quraşdırılmış sutəmizləyici qurğulara baxış keçirilib

Biləsuvar kəndlərində yeni quraşdırılmış sutəmizləyici qurğulara baxış keçirilib
# 03 aprel 2009 10:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Biləsuvar rayonunun Nərimankənd, Əsgərabad, Nəsimi, Səmədabad, Aşağı Cürəli, Zəhmətabad kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğulara baxış keçiriblər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimankənd və Zəhmətabad kəndlərindəki qurğu gün ərzində 60, Əsgərabad və Nəsimi kəndlərindəki qurğu 70, Səmədabad və Aşağı Cürəli kəndlərində qurğu isə 50 kubmetr su təmizləmə gücünə malikdir. Bu qurğuların fəaliyyəti nəticəsində Nərimankənd kəndinin 3100 və Əsgərabad kəndinin 3550 nəfər əhalisi 18 bulaq, Nəsimi kəndinin 3350 nəfər əhalisi 15 bulaq, Səmədabad kəndinin 2350 nəfər əhalisi 14 bulaq, Aşağı Cürəli kəndinin 2650 nəfər əhalisi 11 bulaq, Zəhmətabad kəndinin 3192 nəfər əhalisi 13 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək.

Bu tədbirlər ölkə prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamı əsasında görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR