Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihəsi Olimpiadasının açılışı olub

Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihəsi Olimpiadasının açılışı olub
# 03 aprel 2009 10:57 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Neft Şirkəti, ekologiya və təbii sərvətlər, təhsil nazirlikləri, “Çağ Öyrətim” şirkəti, İctimai Televiziya və Radio Yayım Şirkətinin birgə təşkilatçılığı ilə Ətraf Mühitin Mühafizəsi III Beynəlxalq Layihəsi Olimpiadasının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılışda çıxış edən Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev bildirib ki, Olimpiadanın məqsədi şagirdlərdə ekoloji şüuru formalaşdırmaq və inkişaf etdirmək, ətraf mühitə həssas münasibət yaratmaq, təbii, mədəni, tarixi və sosial-estetik dəyərlər üçün cavabdehlik, onları qoruma hissi tərbiyə etmək, şagirdləri gələcək elmi kəşflərə istiqamətləndirməkdir. Vitse-prezident deyib ki, ilk dəfə 2007-ci ildə keçirilən bu tədbirə 17 ölkə qatıldığı halda, bu il onların sayı 33-ə çatıb. Olimpiadaya www.inepo-euroasia.com internet səhifəsi vasitəsilə 33 ölkədən 250-dən çox layihə təqdim edilib, bu layihələrdən 100-ü qəbul olunub. Layihələri Azərbaycan, Türkiyə, ABŞ, Braziliya, Tayvan, İndoneziya, Vyetnam, Rumıniya, Slovakiya və digər ölkələrin təcrübəli elm adamları qiymətləndirəcək. Mükafatların təqdimetmə mərasimi sabah keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR