BMT baş katibi Dünya Səhiyyə Günü münasibətilə müraciət yayıb

BMT baş katibi Dünya Səhiyyə Günü münasibətilə müraciət yayıb
# 03 aprel 2009 11:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. BMT-nin baş katibi Pan Gi Mun 7 aprel - Dünya Sağlamlıq Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya daxil olan müraciətdə deyilir ki, bu il Dünya Sağlamlıq Günü “Həyatları xilas edin. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edin” şüarı altında keçirilir: “Bu, bütün ölkələri səhiyyə sistemlərini fövqəladə hallara hazırlıqlı hala gətirmək istiqamətində fəaliyyət göstərməyə qlobal çağırışdır”.

Baş katib bildirib ki, ölkələr təbii fəlakətlər zamanı təhlükəsiz ola biləcək müvafiq səhiyyə ocaqlarını layihələndirməli və inşa etməlidir: “Səhiyyə işçiləri fövqəladə hallarda düzgün çalışmaq üçün lazımi təlimlər keçməlidirlər ki, belə vəziyyətlərdə fəlakət qurbanına çevrilmək əvəzinə, insan həyatlarını xilas edə bilsinlər. Biz isə fövqəladə vəziyyətlər baş verəndən dərhal sonra uşaqların immunizasiyası, dializi və doğuş xidmətləri də daxil olmaqla, cəmiyyətin güvəndiyi tibbi xidmətlərin davamlılığına zəmanət verməliyik. Biz bütün fəlakətlərin qarşısını ala bilmərik. Lakin belə hadisələr baş verərkən xəstəxanaların və başqa sağlamlıq ocaqlarının insan həyatını xilas etməyə hazır olduğuna əmin olmalıyıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR