Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutuna iki yeni prorektor təyin edilib

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutuna iki yeni prorektor təyin edilib
# 03 aprel 2009 14:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən O. Şirəliyev bir sıra tibb işçisini ölkə başçısı İlham Əliyev tərəfindən fəxri ad və “Tərəqqi” medalı ilə təltif olunmaları münasibətilə təbrik edib.

Nazir daha sonra iclasda Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun 1-ci prorektoru və təsərrüfat və iqtisadiyyat işləri üzrə prorektoru vəzifələrinə təyin olunmuş şəxslərin adlarını açıqlayıb. İnstitutun 1-ci prorektor vəzifəsinə Quliyev Faiq Əlimuxtar oğlu, təsərrüfat və iqtisadiyyat işləri üzrə prorektoru vəzifəsinə isə Həsənov İkram Rəhim oğlu təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR