AMEA və Fransanın Milli Elmi Tədqiqat Mərkəzi ikitərəfli birgə elmi-tədqiqat layihələri üçün təkliflər müsabiqəsi elan edib

AMEA və Fransanın Milli Elmi Tədqiqat Mərkəzi ikitərəfli birgə elmi-tədqiqat layihələri üçün təkliflər müsabiqəsi elan edib
# 03 aprel 2009 14:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Milli Elmi Tədqiqat Mərkəzi (METM) dəqiq, təbiət, sosial və humanitar elmlərin bütün istiqamətlərində fundamental və tətbiqi elmi tədqiqatı əhatə edən ikitərəfli birgə elmi-tədqiqat layihələri üçün təkliflər müsabiqəsi elan edib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə 2007-ci il yanvarın 30-da Parisdə (Fransa) imzalanmış “Elmi əməkdaşlıq haqqında saziş”ə əsasən keçirilir. Layihələrin həyata keçirilməsi bu il oktyabrın 1-dən 2011-ci il oktyabrın 1-dək davam edəcək. AMEA-nın bütün elmi-tədqiqat institutları və METM bölmələri müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təkliflər mayın 31-dək təqdim oluna bilər. Layihə təklifləri üçün ancaq ingilis dilində tərtib edilmiş formalar qəbul ediləcək.
Təkliflər müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək. Layihələr keyfiyyət və yenilik, METM-AMEA əməkdaşlığının inkişafı üçün perspektivlər, gənc elmi tədqiqatçıların cəlb olunması və gələcək Avropa Birliyi Çərçivə proqramına birgə layihələr təqdim olunması baxımından seçiləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR