Bakı Slavyan Universitetində “Müasir Ukrayna tarixi” adlı kitabın təqdimatı keçirilib

Bakı Slavyan Universitetində “Müasir Ukrayna tarixi” adlı kitabın təqdimatı keçirilib
# 03 aprel 2009 16:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Slavyan Universitetinin Ukrayna Mədəniyyət Mərkəzində Avropaşünaslıq kafedrasının dosenti H. Məmmədovun yazdığı “Müasir Ukrayna tarixi (XX əsrin sonları – XXI əsrin əvvəlləri)” dərs vəsaiti kitabının təqdimetmə mərasimi keçirilib. APA-nın məlumatına görə, Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçukun da qatıldığı tədbirdə çıxış edən BSU-nun rektoru Kamal Abdullayev Azərbaycan-Ukrayna münasibətlərindən danışaraq iki ölkə arasında dostluq əlaqələrinin tarix boyu möhkəm olduğunu, müasir dövrdə bu əlaqələrin daha da möhkəmləndiyini deyib. Rəhbərlik etdiyi universitetdə Ukrayna dilinin, tarixinin, mədəniyyətinin ixtisas səviyyəsində tədris olunduğunu söyləyən K. Abdullayev bu yaxınlarda BSU-da Taras Şevçenko adına Ukrayna linqafon kabinetinin də açılacağını bildirib. Səfir B. Klimçuk isə müasir dövrdə Ukraynanın keçdiyi yola ekskurs edərək bu yolun heç də asan olmadığını vurğulayıb. Tarixin doğru, obyektiv yazılmasının hər bir xalq və onun gələcək taleyi üçün ən mühüm amil olduğunu qeyd edən diplomat bu mənada sözügedən dərsliyin əhəmiyyətinə diqqət çəkib. O, kitabın Ukrayna dilinə tərcüməsini də zəruri sayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR