Ordubadda əmək yarmarkası keçirilib

Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib. Rayon Məşğulluq Mərkəzinin direktoru Etibar İsmayılovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, yarmarkada vətəndaşlara müəssisə və təşkilatlar üzrə 166 boş iş yeri təqdim olunub. Yarmarkanın keçirildiyi müddətdə 40 nəfərə vakant yerlərə göndəriş verilib.
Növbəti mərhələdə şəhər və rayon məşğulluq mərkəzlərinin xətti ilə keçirilən belə yarmarkalar aprel ayının sonlarınadək regionun bütün bölgələrini əhatə edəcək. İlin sonuncu yarmarkası aprelin 24-də Naxçıvan şəhərində təşkil olunacaq.

Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib