Azərbaycanda «Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları» təsdiqlənib

Azərbaycanda «Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları» təsdiqlənib
# 04 aprel 2009 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Nazirlər Kabineti «Biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi Qaydaları»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qaydalara əsasən, biometrik informasiya məlumatlarına üz təsviri üzrə identifikasiya və müşahidə, əl-barmaq və ovuc izləri üzrə identifikasiya və daktiloskopik qeydiyyat, səs üzrə identifikasiya, analiz və konvertasiya, kağız üzərində yazı xətti və imza üzrə identifikasiya və analiz, DNT üzrə analiz və identifikasiya, fərdi identifikasiya nömrəsi (FİN) ilə bağlı nəzarət və təhlükəsizlik, gözün qüzehli və tor qişası üzrə identifikasiya və analiz xidmətləri daxil edilib. Biometrik informasiya xidmətlərinin təşkili formaları, onların həyata keçirilməsi, xidmətlərin təhlükəsizliyi və s. əksini tapıb.

Qaydalara görə, biometrik xidmətlərin informasiya-kommunikasiya texnologiyaları ilə əlaqədar layihə sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dövlət ekspertizasından keçiriləcək, həmçinin xidmət standartları yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR