Gəncə Avtomobil Zavodunda sayca 1000-ci traktor hazırlanır

Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncə Avtomobil Zavodunda (GAZ) sayca 1000-ci traktor hazırlanmaq üzrədir. GAZ katibliyinin rəisi Şəhla Abdinovanın APA-nın qərb bürosuna verdiyi məlumata görə, aprelin 6-da 1000-ci traktorun istehsalı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskevic, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da iştirak edəcək.
Qeyd edək ki, 2007-ci ilin mart ayının 27-də GAZ ilk “Belarus” markalı traktor hazırlayıb. Həmin ildən etibarən zavod “Aqrolizinq” ASC-yə müxtəlif model traktorlar istehsal edərək təhvil verir. 2007-ci ildə 426 ədəd, 2008-ci ildə 481 ədəd traktor hazırlanıb. 2009-cu il üçün isə ümumilikdə 570 ədəd “Belarus” traktorunun istehsalı nəzərdə tutulub. Hazırda müəssisədə “Belarus 80.1”, “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892”, “Belarus 80X ”modellərində traktorlar istehsal edilir.

Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib