“Şəhər Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Naxçıvanda yeni ofis binası və istehsalat bazası istifadəyə verilib

Naxçıvan. C. Qurbanoğlu—APA “Şəhər Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Naxçıvan şəhərində yeni ofis binası və istehsalat bazası istifadəyə verilib. Naxçıvan MR Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyindən APA-nın yerli bürosuna verilən məlumatına görə, ofis binasında 18 iş otağı, 60 yerlik iclas zalı yaradılıb, yanğından mühafizə sistemi quraşdırılıb.
İstehsalat bazasında isə 188 kvadrat metr sahəni əhatə edən texniki emalatxana, 173 kvadratmetr sahədə material anbarı, 2 qaraj istifadəyə verilib. Ərazidə mövcud 400 kilovoltluq transformator yarımstansiyası da əsaslı şəkildə bərpa edilib. 18 müxtəlif təyinatlı texnika və avtomobillər isə layihə idarəetmə qrupuna təqdim edilib.
Qeyd edək ki, 2008-2010-cu illəri əhatə edəcək “Şəhər Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində muxtar respublika paytaxtında 4 yeni su anbarının tikintisi, 6 mövcud su anbarının əsaslı yenidən qurulması, bütün yaşayış mənzillərinin sayğaclaşdırılması, yeni su və kanalizasiya xətlərinin çəkilişi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra paytaxtın su ilə təminatında nasos stansiyalarının fəaliyyətinə ehtiyac olmayacaq.
Layihə Asiya İnkişaf Bankının (AİB) və Azərbaycan Hökumətinin birgə maliyyə dəstəyi ilə həyata keçirilir.

Sosial

Azərbaycan məktəbləri riyaziyyat üzrə 81 ölkə arasında 56-cı yeri tutub

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB