ÜST-ün baş direktoru Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar müraciət edib

Bakı. İlhamə İsabalayeva-APA. BMT-nin İctimai İnformasiya Departamenti 7 aprel-Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar dünya ölkələrinə növbəti müraciətini edib. Departamentdən APA-ya daxil olan müraciətdə bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Ümumdünya Sağlamlıq Gününü "İnsan həyatını xilas edək. Fövqəladə hallarda xəstəxanaların təhlükəsizliyini təmin edək" şüarı altında keçirir. Günün bu mövzu altında keçirilməsində məqsəd tibb müəssisələrinin fövqəladə hallara davam gətirməsi, həm böhran, həm də ondan sonrakı vəziyyətlərdə xəstələri müalicə edə bilməsi üçün hazırlıq səviyyəsini daha da gücləndirməkdir.
ÜST-ün baş direktoru Marqaret Çan da Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar dünya ölkələrinə müraciət edib. Müraciətdə bildirilir ki, ciddi fövqəladə hal və fəlakət zamanı yaranan faciəli vəziyyət tibb müəssisələri öz vəzifələrinin öhdəsindən gələ bilmədikdə daha da dərinləşir. Zəlzələ və ya daşqın kimi hadisələr nəticəsində baş vermiş genişmiqyaslı fövqəladə vəziyyətlərdə bəzi ölkələr xəstəxana fondlarının 50%-ə qədərini itirirlər. Risk zamanı idarəetmə və fövqəladə hallara hazırlığın xəstəxanaların fəaliyyət planlarına daxil edilməsi isə demək olar ki, heç bir xərc tələb etmir: “Xəstəxanaların təhlükəsizliyi üçün tətbiq edilə biləcək bir sıra ən yaxşı təcrübələr ÜST tərəfindən təbliğ olunmaqdadır. Təhlükəsiz yerin seçilməsi və tikintiyə elastiklik verən xüsusi üsulların tətbiqindən başqa, yaxşı planlaşdırma və əvvəlcədən fövqəladə hallarla bağlı təlimlərin keçilməsi böhranlı vəziyyətlərdə fəaliyyətin qorunub saxlanmasına kömək edə bilər”.