Gəncədə Gənclərin Məşğulluq Resurs Mərkəzinin açılışı olub

Gəncə. Nəzakət Məşədiəliqızı- APA. Gəncə şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən yaradılan Gənclərin Məşğulluq Resurs Mərkəzinin açılışı olub. Açılışda gənclər və idman nazirinin müavini İntiqam Babayev də iştirak edib. APA-nın qərb bürosunun xəbərinə görə, layihənin əsas məqsədi gənclər üçün yeni iş yerləri tapmaq və praktiki iş yerləri ilə təmin etməkdir. Məlumata görə, Gənclərin Məşğulluq Resurs Mərkəzi 3 istiqamətdə fəaliyyət göstərir: 1. Gənclərə 3-6 aylıq təcrübə proqramları təşkil etməklə bərabər onlara iş tapmaqda yardım etmək; 2. Peşə-sənət kursları təşkil etmək; 3. Gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirmək üçün mütəmadi təlim və məsləhətlər keçirmək.
Proqram Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Gənclər və idmanın nazirinin müavini İntiqam Babayev APA-nın yerli bürosuna bildirib ki, artıq gənclər özləri yeni iş yerlərinin açılmasında maraqlıdır və bunun üçün şərait yaradılır: “Gənclərin Məşğulluq Resurs Mərkəzinin açılması çox xoşa gələn haldır. Bu mərkəz Gəncə və ətraf rayonları əhatə etdiyi üçün bir çox gənclər işlə təmin olunacaq. Yaxın vaxtlarda gənclərə yenidən ipoteka ilə evlərin verilməsi planlaşdırılır”.

Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib