Bakıda “Mülki hüququn aktual problemlərinə dair” beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. İlhamə İsabalayeva-APA. Noyabrın 12-14-də Bakı Dövlət Universiteti və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Mülki hüququn aktual problemlərinə dair” beynəlxalq elmi konfrans keçiriləcək. Qafqaz Universitetindən APA-ya verilən məlumata görə, konfransın əsas məqsədi hüquqi boşluqların aradan qaldırılması üçün irəli sürülən elmi-praktik təklifləri ümumiləşdirmək, texnologiyanın və işgüzar həyatın inkişafı ilə əlaqədar xüsusi və ümumi hüquq sahəsində meydana gələn müasir hüquqi problemlərinin həlli yollarını təsbit etmək, bu sahədəki beynəlxalq praktikanı Azərbaycana gətirməkdir. Tədbirdə ümumi, xüsusi hüququn, hüquqi təhsilin aktual problemləri müzakirə ediləcək.
Qeyd edək ki, ilk belə konfrans 2005-ci ildə keçirilib.
Qeyd edək ki, ilk belə konfrans 2005-ci ildə keçirilib.
Sosial

Azərbaycan məktəbləri riyaziyyat üzrə 81 ölkə arasında 56-cı yeri tutub

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB
