Bakıdakı Zona Tibbi–Sosial Ekspert komissiyalarında tibbi sosial ekspertiza xidmətinin vəziyyəti yoxlanılıb

Bakıdakı Zona Tibbi–Sosial Ekspert komissiyalarında tibbi sosial ekspertiza xidmətinin vəziyyəti yoxlanılıb
# 06 aprel 2009 12:48 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun iştirakı ilə nazirliyin Bakı şəhərində Zona Tibbi–Sosial Ekspert komissiyalarında aprelin 1-dən 6-dək tibbi sosial ekspertiza xidmətinin vəziyyəti yoxlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, yoxlama zamanı bölgə üzrə vətəndaşların ərizə və şikayətləri araşdırılıb, onların sorğuları cavablandırılıb. Vətəndaşların iştirakı ilə aparılan araşdırmalar zamanı ayrı-ayrı ərizə və şikayətlərdə qaldırılan məsələlərlə bağlı komissiyalara uyğun tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib. Bununla belə, müraciətlərin bir çoxunda vətəndaşların əlillik müayinələrinin aparılması və əlillik qrupunun təyinatı haqqında qanunvericiliyin tələbləri barədə məlumatsız olduqları, habelə ayrı-ayrı vətəndaşların bu və ya digər xəstəliyin müalicəsi ilə bağlı heç bir bərpa-müalicə müəssisəsinə müraciət etmək, dövlət hesabına həmin müəssisələrdə müalicə olunmaq istəmədən əlillik qrupu almaq istəmələri məlum olub.
Araşdırmalar zamanı Zona Tibbi-Sosial Ekspert Komissiyalarına vətəndaşlarla məlumatlandırma-izahat işlərinin gücləndirilməsi, hər bir vətəndaşın müraciətinə daha diqqətli və həssaslıqla yanaşılması tapşırılıb, həmçinin əlilliyin təyin olunması və əlillərin tibbi-sosial reabilitasiyası ilə bağlı qanunvericilik barədə əhalinin geniş məlumatlandırılması məqsədilə yaxın vaxtlarda medianın və QHT-lərin iştirakı ilə dəyirmi masanın keçirilmədi nəzərdə tutulur. Bu kimi tədbirlər bölgələrdə fəaliyyət göstərən zona Tibbi-Sosial Ekspert Komissiyalarında da davam etdiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR