Aprelin 8-də Azərbaycan ərazisində havanın temperaturu düşəcək

Bakı. İlhamə İsabalayeva - APA. Yaxın günlər ərzində ölkə ərazisində havanın temperaturunda kəskin dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, sabah Bakı və Abşeronda hava dəyişkən buludlu, yağmursuz keçəcək, arabir tutulacaq, cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-9, gündüz 15-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da sabah hava əsasən yağmursuz keçəcək, cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-9, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.
İ. Məmmədov deyib ki, aprelin 8-dən 10-dək şimal küləyi üstünlük təşkil edəcək. Bununla əlaqədar, havanın temperaturu aprelin 7-nə nisbətən bir qədər düşəcək.