Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 2020 namizəd sənəd verib

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 2020 namizəd sənəd verib
# 06 aprel 2009 13:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqəyə 2020 namizəd sənəd verib. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Müsabiqə 30 dövlət orqanında 889 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilib. Komissiya müsabiqə mərhələsinə 639, müsahibə mərhələsinə isə 250 vəzifə çıxarıb. Müsahibə mərhələsinə sənəd qəbulu aprelin 1-də yekunlaşsa da, müsabiqə mərhələsinə sənəd qəbulu aprelin 9-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR