USAİD-in Azərbaycanın cənub bölgəsində İcma İnkişafı Fəaliyyətinin başa çatması ilə bağlı mərasim keçirilib

USAİD-in Azərbaycanın cənub bölgəsində İcma İnkişafı Fəaliyyətinin başa çatması ilə bağlı mərasim keçirilib
# 10 aprel 2009 15:53 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Aprelin 10-da Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycanın cənub bölgəsində İcma İnkişafı Fəaliyyəti Proqramının başa çatması ilə əlaqədar mərasim keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə yerli icra strukturları və bələdiyyələrin nümayəndələrinin, kütləvi-informasiya vasitələri əməkdaşları iştirak edib. CHF İnternational təşkilatının ölkə üzrə direktoru Zoran Radiç, USAİD-in Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Tamika Kameron, CHF İnternational təşkilatının proqram direktoru Ziba Quliyeva və digərləri çıxış edərək, 2005-ci ildən etibarən USAİD-in dəstəyi ilə Azərbaycanın 90-dan artıq icmasında İcma İnkişaf Şuralarının yaradıldığını və yolların, içməli su xəttinin, elektrik sisteminin, məktəb binasının bərpası, yenidən qurulması kimi layihələrin icra olunduğunu qeyd ediblər. Sözü gedən proqram çərçivəsində cənub bölgəsində həyata keçirilən 151 layihəyə 1 milyon 200 min ABŞ dolları məbləğində vəsaitin xərcləndiyini diqqətə çatdırılıb.
Sonda USAİD-in İcma İnkişafı Fəaliyyəti çərçivəsində həyata keçirilən tədbirləri və görülən işləri obyektiv və peşəkar şəkildə işıqlandırdığına görə bir qrup media əməkdaşı CHF İnternational təşkilatı tərəfindən şəhadətnamə ilə təltif olunub.
Tədbir Lənkəranın Girdəni kənd mədəniyyət evinin “Vənəşə” (“Bənövşə”) talış folklor qpupunun konsert proqramı ilə başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR