Sədərək rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan. C .Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının (MR) Sədərək rayonunda əmək yarmarkası keçirilib. Rayon Məşğuluq Mərkəzinin direktoru Həsən Nəsirovun APA-nın Naxçıvan bürosuna verdiyi məlumata görə, yarmarkaya rayon ərazisində fəaliyyət göstərən 14 dövlət və 1-i özəl olmaqla, 15 müəssisə və təşkilatdan 89 boş iş yeri çıxarılıb. Nəticədə yarmarkanın keçirildiyi gün 33 nəfər daimi iş üçün göndəriş alıb.
Aprel ayı ərzində Ordubad və Babək və Şərur rayonlarında keçirilən yarmarkalarda 150-dən artıq işsiz vətəndaş əmək fəaliyyəti ilə təmin olunub. Yarmarkalar aprelin sonuna qədər muxtar respublikanın bütün bölgələrini əhatə edəcək.

Sosial

Ağdamda Forum çərçivəsində panel müzakirələri olub - FOTO

Ağdamda mina problemi ilə bağlı beynəlxalq forum keçirilib - FOTO - YENİLƏNİB

Baş Prokurorluq MTK-ların elektrik, su və qaz sayğaclarına görə pul tələb etməsinə münasibət bildirib