Bərdənin tarixinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
11 aprel 2009 10:29 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə “Qarabağın tarixi, arxeologiyası, etnoqrafiyası və Bərdə şəhərinin üç min illliyi” mövzusunda elmi-praktiki konfrans keçiriləcək. Bu barədə APA-nın Qarabağ bürosuna Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Arif Məmmədov məlumat verib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Arxeologiya və Etnoqrafiya İnstitutu və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə baş tutacaq. Aprelin 16-da başlayacaq və iki gün davam edəcək konfransda AMEA prezidenti, akademik Mahmud Kərimov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və həmin institutun daş dövrü şöbəsinin müdiri, tarix elmləri doktoru Əsədulla Cəfərovun da iştirakı gözlənilir.
Sosial
Azərbaycan Milli QHT Forumu sağlam həyat tərzinin təbliğinə dair silsilə tədbirlərə başlayıb - FOTO
17:29
5 oktyabr 2024
Naxçıvanda 40 kəklik, 15 turac təbiətə buraxılıb - FOTO
17:03
5 oktyabr 2024
Rəis müavini: Zəngilan Rəqəmsal İdarəetmə Mərkəzi innovativ həll layihəsidir - FOTO
16:15
5 oktyabr 2024
Media nümayəndələri Zəngilanda yaşayış komplekslərinin tikintisi ilə tanış olublar - FOTO
16:02
5 oktyabr 2024