Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlər üçün sınaq imtahanı keçirib

Şirvan. Əlibәy Zeynallı-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlər üçün sınaq imtahanı keçirib. APA-nın Şirvan bürosunun məlumatına görə, sınaq imtahanları ilk dəfə olaraq Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Sabirabad, Biləsuvar, Quba, Şəmkir, Qazax, Yevlax və Kürdəmir şəhərlərində keçirilib. Növbəti sınaq imtahanları 19 və 26 apreldə keçiriləcək. Sınaq imtahanlarına internet vasitəsilə yazılmaq olar. Bunun üçün abituriyentlər iki imtahana yazılmaq imkanı verən TQDK-nin "ödəmə kartı"nı əldə etməlidir. Həmin kartları respublikanın bütün şəhər və rayon poçt şöbələrindən əldə etmək olar.
Sosial

Azərbaycan məktəbləri riyaziyyat üzrə 81 ölkə arasında 56-cı yeri tutub

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB
