Dünya Bankının sosial missiyasının Azərbaycana səfəri başlayıb
13 aprel 2009 08:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Dünya Bankının (DB) sosial missiyasının Azərbaycana səfəri başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov APA-ya bildirib ki, iki həftə davam edəcək səfərin məqsədi Azərbaycan hökuməti ilə DB arasında ötən ilin noyabrın 28-də imzalanmış “Sosial müdafiənin inkişafı” layihəsinin qüvvəyə minməsi, bu layihənin praktiki icrasına başlamaq üçün ilkin fəaliyyət planının hazırlanması və s.- dir.
Martın 17-dən qüvvəyə minən layihənin ilkin fəaliyyət planı 2009-2010-cu illəri əhatə edəcək. Saziş çərçivəsində ilkin olaraq, əmək bazarı ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Ümumilikdə layihə çərçivəsində əmək bazarı institutları modernləşdiriləcək, milli məşğulluq xidmətləri inkişaf etdiriləcək, sosial təminat sistemi və siyasəti formalaşdırılacaq, proqramlar hazırlanacaq. Bununla yanaşı, Əmək Məcəlləsi təkmilləşdiriləcək, vahid sosial yardımın göstərilməsi təmin ediləcək, sosial xidmətlər üzrə müasir standartlar hazırlanacaq və tətbiq olunacaq, ünvanlı sosial yardım mexanizmi təkmilləşdiriləcək, elektron əsaslı müraciət mexanizmi yaradılacaq, əlillik meyarları yenidən hazırlanacaq.
Səfər zamanı DB nümayəndələri əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və digər hökumət təmsilçiləri ilə görüşəcəklər. Missiya həm də aprelin 24-də “Sosial yardım, sosial reabilitasiya və davamlı inkişaf” mövzusunda Bakıda keçiriləcək elmi-praktiki konfransda da iştirak edəcək. Konfransda DB-nın dəstəyi ilə ölkənin 7 min ev təsərrüfatında aparılan monitorinqin yekunları açıqlanacaq. DB nümayəndələri sabahdan səfər proqramın icrasına başlayacaqlar.
Qeyd edək ki, DB Direktorlar Şurasının 2008-ci il mayın 27-də təsdiqlədiyi və noyabr ayının 28-də Bakı şəhərində imzalanan layihə 2008-2013-cü illəri əhatə edir. Ümumi dəyəri 54,6 milyon ABŞ dolları olan layihədə DB-nın payı 26,7 milyon, Azərbaycan hökumətinin payı isə 27,9 milyon dollardır.

Sosial
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:25
10 sentyabr 2024
Bakalavriat səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunan şəxslərin qeydiyyatına başlanılıb
17:51
9 sentyabr 2024
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək
17:14
9 sentyabr 2024
Azərbaycana qrip əleyhinə peyvənd gətirilib, vaksinasiyaya başlanılır
14:30
9 sentyabr 2024