Dövlət Sosial Müdafiə Fondunun internet saytında sosial sığorta haqqının ödənilməsi ilə bağlı keçirilən interaktiv sorğu yekunlaşıb

Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev APA-ya bildirib ki, sorğu zamanı respondentlərə «İşlədiyiniz müəssisə sizin üçün sosial sığorta haqqını vaxtında ödəyirmi» sualı ünvanlanıb. Suala verilən cavablar nəticəsində məlum olub ki, respondentlərin 62,4 faizi işlədiyi müəssisə tərəfindən onun üçün sosial sığorta haqqının vaxtında ödənildiyini bildirib. Bununla belə, sorğuda iştirak edənlərin müəyyən qismi sosial sığorta haqqının ya vaxtında ödənilmədiyini, yaxud bununla maraqlanmadığını, eləcə də bunun vacib əhəmiyyət kəsb etmədiyini vurğulayıb.
Belə ki, sorğuda iştirak edənlərin 22,3 faizi işlədiyi müəssisənin onun üçün vaxtında sosial sığorta haqqı ödəmədiyini qeyd edib. Respondentlərin 11,1 faizi ümumiyyətlə, sosial sığorta haqqının ödənilib-ödənilmədiyi ilə maraqlanmadığını nəzərə çatdırıb. 4,2 faiz isə sosial sığorta haqqının ödənilməsinin vacib olduğunu bilmədiyini söyləyib.
Qeyd edək ki, DSMF internet saytında ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək üçün bu tipli interaktiv sorğuları davam etdirir. Sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkədə keçirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir. İstənilən vətəndaş sığorta-pensiya sistemi ilə bağlı onu maraqlandıran məsələlərlə əlaqədar saytın in[email protected] elektron ünvanına elektron məktub göndərə bilər.
Bundan başqa, əhali Dövlət Sosial Müdafiə Fondunda fəaliyyət göstərən müasir tipli «190» nömrəli telefon məlumat xidmətinə («Call-center») də müraciət edərək operativ şəkildə öz suallarına cavab tapa bilər.

Sosial

Azərbaycan məktəbləri riyaziyyat üzrə 81 ölkə arasında 56-cı yeri tutub

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edib

Neftçalada 10 yaşlı məktəbli qızılcadan ölüb - YENİLƏNİB