Bakıda «Əmtəə nişanları və sənaye nümunələri” mövzusunda seminar keçiriləcək

Bakıda «Əmtəə nişanları və sənaye nümunələri” mövzusunda seminar keçiriləcək
# 13 aprel 2009 09:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Aprelin 22-23-də Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə seminar keçiriləcək. Bu barədə «APA-Economics»ə SMDK-nin mətbuat xidmətindən məlumat verilib.

«Əmtəə nişanları və sənaye nümunələri” mövzusunda keçiriləcək seminarda ÜƏMT-nin nümayəndələri də iştirak edəcək. Tədbirdə milli və beynəlxalq səviyyələrdə əmtəə nişanları və sənaye nümunələrinin mühafizəsi barədə məruzələr dinlənəcək. Həmçinin əmtəə nişanlarının beynəlxalq qeydiyyatının Madrid sistemi, bu sistemdən istifadə təcrübəsi, onun üstünlükləri haqda çıxışlar planlaşdırılır. Azərbaycanda milli əqli mülkiyyət sisteminin mövcud vəziyyəti də müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR