Səttar Mehbalıyev: “Maliyyə böhranı ilə bağlı Azərbaycanda işçilərin ciddi ixtisara salınması halları yoxdur”

Səttar Mehbalıyev: “Maliyyə böhranı ilə bağlı Azərbaycanda işçilərin ciddi ixtisara salınması halları yoxdur”
# 13 aprel 2009 10:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Dünya maliyyə böhranı ilə bağlı Azərbaycanda işçilərin ciddi ixtisara salınması halları yoxdur”. APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, sadəcə bəzi şirkətlərdə, müəssisələrdə, nazirliklərdə yaşı 70-dən yuxarı olan insanlarla əmək müqavilələri ləğv edilir, onlar təqaüdə göndərilir.

S. Mehbalıyev bəzi ixrac sənayesi ilə bağlı olan şirkətlərin - boru tədarükü, alüminium və digər sahələri əhatə edən müəssisələrin işinin dayandığını qeyd edib: “Biz isə hazırda danışıqlar aparırıq ki, heç olmasa bu dayanma müddətində orada çalışan işçilərin əməkhaqqının 2/3-si ödənsin. Bu gün dünyanın iri sənaye müəssisələrində ciddi ixtisarlar gedir ki, bu da Azərbaycana təsir etməyə bilməz. İqtisadi böhranın təsiri nəticəsində bəzi müqavilələr dayanır, pul köçürmələri azalır, bu da istər-istəməz iş yerlərinin azalmasına, yaxud müvəqqəti dayanmaya səbəb ola bilər”.

S. Mehbalıyev iqtisadi böhranın əmək haqlarına da təsir etmədiyini, yalnız bəzi güzəştlərin ləğv olunduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR