Dünya Bankının təhsil missiyası Azərbaycana gəlib

Dünya Bankının təhsil missiyası Azərbaycana gəlib
# 13 aprel 2009 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Dünya Bankının (DB) təhsil sektoru üzrə icmal missiyasının Azərbaycana səfəri başlayıb.
DB-nın Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, aprel ayının 22-dək davam edəcək missiyaya bankın təhsil üzrə baş mütəxəssisi Xuan Manuel Moreno (Juan Manuel Moreno) başçılıq edir. Missiyanın səfərinin əsas məqsədi Azərbaycanda təhsil sektorunda həyata keçirilən və icrası nəzərdə tutulan layihələrin gedişi və həyata keçirilməsinin mümkünlüyü ilə tanış olmaq, bu sahə üzrə cari məsələləri müzakirə etməkdir: «Səfər çərçivəsində DB-nın nümayəndə heyəti Azərbaycan Təhsil Nazirliyi və bir sıra digər müvafiq qurumlarında görüşlər keçirəcək».
Qeyd edək ki, hazırda DB və Azərbaycan hökuməti ölkədə ali təhsilin təkmilləşdirilməsi ilə bağlı yeni layihənin (Higher Education Project) icrasına dair danışıqlar aparır.
Xatırladaq ki, hazırda tərəflər arasında «Təhsil sektorunun inkişafı» üzrə ikinci layihə həyata keçirilir. Layihə 6 komponentdən ibarətdir. Bura kurrikulum islahatının aparılması, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsinə dair məlumatların keyfiyyətin yüksəldilməsində istifadəsi, təhsil idarəetmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi, məktəblərdə təhsilin inkişafı, layihənin monitorinqi və qiymətləndirilməsi daxildir.
Ümumilikdə, bu layihə 2003-2013-cü illəri əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR