Azərbaycanda «Əqli mülkiyyət və ənənəvi biliklər» mövzusunda beynəlxalq simpozium keçiriləcək

Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 12-dən 14-dək Naxçıvanda «Əqli mülkiyyət və ənənəvi biliklər» mövzusunda beynəlxalq simpozium keçiriləcək. Bu barədə «APA-Economics»ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) məlumat verilib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə birgə təşkil olunacaq tədbirdə Avropa Patent Təşkilatı və Avrasiya Patent Təsisatının nümayəndələri də iştirak edəcəklər. Tədbir çərçivəsində səslənmiş təklifləri işləyib hazırlamaq üçün iki işçi qrupu yaradılacaq.
Simpoziumda Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Qırğızıstan və Tacikistandan da nümayəndələr iştirak edəcəklər.