Azərbaycanda ali məktəblərin bakalavr pilləsinə sənəd qəbulunun tarixi açıqlanıb
13 aprel 2009 11:44 (UTC +04:00)
APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, sənəd qəbulu aprelin 21-də başlayacaq və mayın 31-dək İnternetlə aparılacaq. Bununla bağlı elan yaxın 10 gün ərzində açıqlanacaq.
TQDK sədri əlavə edib ki, aprelin 26-sı, mayın 10-u və 31-də abituriyentlər üçün sınaq imtahanları keçiriləcək. Abituriyentlərə xəbərdarlıq edən M. Abbaszadənin sözlərinə görə, bəzi şəxslər imtahanda iştirak etmək üçün valideynlərinin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçiblər: “Amma bu halda biz abituriyentləri imtahana buraxmırıq. Onlar qeydiyyatdan keçmək üçün yalnız öz şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər. 16 yaşı tamam olmayanlar isə doğum haqqında şəhadətnamələrindən istifadə edə bilərlər”.
M. Abbaszadə yanvar-may ayları ərzində keçiriləcək bəzi imtahanların tarixini də açıqlayıb. Onun sözlərinə görə, aprelin 25-də dövlət qulluğuna və Azərbaycan Dövlət Neft Şirkətinin Təqaüd Proqramının namizədlərinin seçilməsi üçün qəbul imtahanı keçiriləcək. Adıçəkilən proqramda iştirak üçün 600-dən çox şəxs sənəd verib. Mayın 7-də hakim olmaq istəyənlər, mayın 24-də isə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənni üzrə imtahan olacaq. Bunun üçün abituriyentlər mayın 18-dək sənədlərini təqdim etməlidirlər.

Sosial
Boliviyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib
07:18
8 sentyabr 2024
Epileptik tutmalara cərrahi müdaxilə ilə son qoymaq mümkündür! - VİDEO
21:37
7 sentyabr 2024
ADSEA: Xüsusi texnika və nəqliyyat vasitələri tam gücü ilə "Formula 1"ə hazırdır - VİDEO
21:23
7 sentyabr 2024
Luiss Universitetinin Hüquq Fakültəsinin Prezidenti: Məqsəd İtaliya-Azərbaycan Universiteti şəbəkəsində ADA ilə uzunmüddətli əməkdaşlıq qurmaqdır
16:17
7 sentyabr 2024